Ca. Fev 27th, 2020

tv1.space

internet televiziya

Yeni zavodun təməli qoyulub

1 min read

Bakıda səfərdə olan Rusiya nümayəndə heyəti dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun tikintisi ilə tanış olub.

Qonaqlara məlumat verilib ki, bu ilin fevralında təməli qoyulmuş zavodun inşası davam etdirilir və artıq metal konstruksiya işləri tamamlanıb. Zavodun tikintisi 2020-ci ilin 2-ci rübündə başa çatdırılacaq. Müəssisə ildə 1000 ədəd avtomobil istehsalı gücünə malik olacaq. Zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sonra Sənaye Məhəlləsində Rusiya investisiyalı “Penopleks” izolyasiya məhsulları istehsalı zavodunun təməli qoyulub. Zavodda penopolistirol materialından istilik izolyasiya plitələri istehsal ediləcək. Layihənin investisiya dəyəri 6,5 milyon ABŞ dolları təşkil edir. Zavodda istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Rusiya nümayəndə heyətinə, həmçinin Hacıqabul Sənaye Məhəlləsi, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.