Ç. Dek 11th, 2019

tv1.space

internet televiziya

Tbilisidə yürüş-mitinq keçirilir

1 min read

Tbilisidə Birinci Respublika Meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları yolboyu Daxili İşlər naziri Georgi Qaxariyanıın istefası, iyunun 20-də keçirilmiş aksiya zamanı həbs olunanların azad edilməsi ilə bağlı tələblər irəli sürüb, müxtəlif şüarlar səsləndiriblər.

Yürüş Daxili İşlər Nazirliyinin qarşısınadək davam edəcək və orada mitinq keçiriləcək.

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək.

Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.