Şb. Noy 23rd, 2019

tv1.space

internet televiziya

Bir ailənin dörd üzvü müəmmalı şəkildə öldü – VİDEO

1 min read

Türkiyənin Fatih bölgəsində bir evdən dörd nəfərin meyiti tapılıb.

Qohumları ilə əlaqə qura biməyən şəxs polisə müraciət edib. Polis əməkdaşları gecə hadisə yerinə gəlib.

Onlar üzərində “Diqqət! Sionid (zəhərli maddə) var, polisə məlumat verin, içəri girməyin!” yazısı olan qapını qıraraq evə daxil olublar.

Evə daxil olan polislər yerdə dörd cəsədin olduğunu görüblər. Onların iki bacı, iki qardaş olduğu müəyyən olub.

Qonşular onların dördünün də bir bir evdə yaşadığını və maddi sıxıntıları olduqlarını deyiblər.

İddiaya görə, ailə üzvləri intihar edib. Cəsədlər araşdırma üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.