Ç. Apr 1st, 2020

tv1.space

internet televiziya

Bakıda villada qanlı hadisə – CİNAYƏT İŞİ AÇILDI

1 min read

Bakıda gözətçi bıçaqlanıb.

Hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində baş verib.

Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda E.Paşayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.