Ç. Apr 1st, 2020

tv1.space

internet televiziya

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gəl, səni tanıyaq” layihəsi uğurla yekunlaşdı.

2 min read

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə İcra müddəti ərzində 3 təqdimat 1 müsabiqə olmaqla ümumilikdə 4 tədbir keçirilən “Gəl, səni tanıyaq” layihəsinin sonuncu günü, “Müsabiqə və Bağlanış” mərasimi  07.02.2020-ci il tarixində Ağdam Musiqi Kollecində baş tutdu.

 

 

 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Abbasova dəstək olan bütün qurumlara təşəkkür edərək Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, gənclər üçün yaradılan imkanlarından söhbət açaraq fond və rəhbəri olduğu layihə haqqında ətaflı məlumat verdi.

 

Daha sonra çıxış edən layihə koordinatoru Etiram Sadıqzadə 60-dən çox gəncin iştirak etdiyi tədbirdə layihə haqqında,layihə çərçivəsində görülən işlər,keçiriləcək müsabiqələr haqqında məlumat verdi.

 

Etiram Sadıqzadə Ağdam Rayon Təhsil Şöbəsinin, Ağdam Rayon Mədəniyyət Şöbəsinin və Ağdam Musiqi Kollecinin əməkdaşlarından ibarət münsiflər heyətini iştirakçılara təqdim etdi.

Daha sonra 5 müsabiqə növü ( Musiqi,Rəqs,Şeir,Şəkil çəkmək və Qol güləsi) üzrə yarışlara start verildi.

6 saat davam edən müsabiqələrin yekununda 3 müsabiqə növü üzrə ilk yerin sahibi kubok, hər 5 müsabiqə üzrə ilk 3 yerin sahibləri medal və bütün iştirakçılar sertifikatla təltif olundular.

 

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 200-dən çox gənc iştirak etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright © tv1.space | Newsphere by AF themes.